Övladı məktəbəhazırlıq qrupuna gedənlərin NƏZƏRİNƏ

11:32 - 21 İyun 2025

Övladı məktəbəhazırlıq qrupuna gedənlərin NƏZƏRİNƏ

Bu gündən etibarən 2025-26-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir.


Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qeydiyyat "mektebeqebul.edu.az" elektron sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək.

Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunurlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az