- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Referans Medical Group”un dəstəyi ilə keçirilən “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti mərhələsi iyunun 18-19-da Laçın rayonunda keçirilib.
Manset.az xəbər verir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı 7 tibbi xidmət üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki
gün ərzində ümumilikdə 360 Laçın rayon sakininə tibbi xidmət göstərilib. Səhhətində
problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin
olunub.
Müayinəyə
gələn uşaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hədiyyələr
verilib. Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd
edək ki, ölkəmizin dağ və dağətəyi rayonlarında reallaşdırılan layihənin məqsədi
üzvlərin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və
dövlətimizin sosial siyasətinə töhfə verməkdir.