Bayram günlərində əlavə reyslər olacaq

15:47 - 21 İyun 2025

Bayram günlərində əlavə reyslər olacaq

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun tarixlərində əlavə qatar reysləri təyin edib.


Bu barədə Manset.az-a qurumdan məlumat verilib. 

Bildirilib ki, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az