Bu meyvələri birgə yeməyin! 

21:40 - 21 İyun 2025

Bu meyvələri birgə yeməyin! 

Meyvələrin birgə istehlakı sağlam görünə bilər, lakin bəzilərinin birlikdə yeyilməsi həzm sisteminə mənfi təsir göstərir. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi meyvələr şişkinlik, qaz, turşuluq, hətta qida maddələrinin həzm edilməsində problemlərə səbəb ola bilər.

Qarışdırmamağınız tövsiyə olunan meyvə "cütlükləri" bunlardır:

Portağal və banan, çiyələk və kişmiş – müxtəlif həzm sürətləri səbəbilə qaz və turşuluğa səbəb ola bilər.

Banan və avokado – biri nişastalı, digəri zülallıdır və birgə qəbulu həzmsizlik yarada bilər.

Qarpız və alma –  qarpız tez, almalar gec həzm olunur.

Papaya və limon – pH balansını poza və mədə narahatlığına səbəb ola bilər.

Portağal və yerkökü – meyvə və tərəvəz fərqli həzm sürətləri ilə mədədə fermentasiyaya gətirib çıxara bilər.

Mütəxəssislər xəbərdarlıq edir: meyvələri düzgün qruplarda istehlak etmək bağırsaq sağlamlığını qorumaq üçün vacibdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az