İnnovasiya və sürət lideri "Bakcell"in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing) kitabında yer alacaq. Dünya və Azərbaycan oxucularına təqdim olunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətin inkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq.
Qeyd edək ki, "Bakcell" rebrendinqdən
sonra innovasiya və süni intellekt yanaşmasına əsaslanan yeni brend mövqelənməsi
ilə bazarda fərqlənməyə nail olub. Şirkət bu strategiya çərçivəsində süni
intellekt həllərini məhsul inkişafı, strateji tərəfdaşlıqlar, kommunikasiya,
müştəri əlaqələri sahələrinə inteqrasiya edərək, bir sıra məhsul və xidmətlər təqdim
edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu innovativ məhsul və xidmətlər
arasında “Bakcell Fiber”, “VoWiFi”, “Tarif məsləhətçisi”, “Star tarifləri”,
“Birinci tariff” və UBER ilə tərəfdaşlıq yer alır.
Xatırladaq ki, strateji yanaşması ilə vizual
təqdimat arasında güclü əlaqə qurmaq bacarığına görə “Bakcell”, “Baku Flames
Festivalı” çərçivəsində “Ən uğurlu rebrendinq layihəsi” nominasiyası üzrə
mükafata layiq görülüb. Beləliklə, ölkəmiqyaslı rebrendinq şirkətin biznes nəticələrinə,
brend dəyərinin artmasına və bazar mövqeyinin güclənməsinə olduqca müsbət təsir
edib.
“Bakcell”in bu nəşrdə yer alması, Azərbaycanın
telekommunikasiya sahəsində innovasiya və rəqəmsal transformasiya istiqamətində
nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.
Filip Kotler haqqında
Müasir marketinqin atası və 80-dən çox
kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr
yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi
psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını
formalaşdırıb.
Ən məşhur əsərlərindən biri olan “Marketing
Management” kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas
qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü
strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə
imkan yaradır.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.