18-21 iyun 2025-ci il tarixində paytaxt Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib. Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” yerli məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti
dövlət qurumlarının rəhbər şəxsləri, ictimai birliklərin nümayəndələri, eləcə də
müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Tədbirdə
çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə ölkə əhəmiyyətli
bu layihədə tərəfdaş olmaqdan qürur duyduğunu bildirib: “Artıq 6 ildir ki, bank
olaraq bu layihədə Marsol ilə bir yolda addımlayırıq. Biz bunu tərəfdaşlıqdan
daha çox, ölkəmizdə sahibkarlığın inkişafına xidmət edən dostluq missiyası kimi
görürük. Hamımız bilirik ki, uğur heç vaxt təkbaşına mümkün olmur. Bir ideyanın
böyüyüb güclü biznesə çevrilməsi üçün cəsarətli addımlarla bərabər münbit şərait
olmalıdır. Məhz bu şəraitin formalaşmasında dövlətimizin rolu əvəzsizdir. Biz də
bu siyasətə dəstək olmaq üçün fokusumuzu sahibkarlara zaman qazandıracaq,
müasir dövrün tələbi olan rəqəmsal həllərə yönəltmişik. Bu məqsədlə
yaratdığımız Birbank Biznes platforması bu gün sadəcə bir mobil tətbiqi deyil,
həm də sakibkarların etibarlı rəqəmsal köməkçisidir. Hazırda 27 mindən çox
hüquqi şəxs və 115 mindən çox fərdi sahibkar gündəlik maliyyə əməliyyatlarını
bizə etibar edir. Bu rəqəmlərin arxasında dayanan etimad bizim üçün ən böyük dəyərdir”.
Qeyd edək ki, 30 000-ə yaxın ziyarətçinin qatıldığı
sərgidə 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün KOBİA tərəfindən
xüsusi şərait yaradılıb. Belə ki, sənaye, tekstil, qida, xidmət, tikinti, əl
işləri, parfümeriya kimi sahələrdə fəaliyyət göstərən həmin mikro və kiçik
sahibkarlıq subyektləri sərgidə ödənişsiz olaraq iştirak ediblər.
Layihənin həyata keçirilməsində məqsəd yerli şirkətlərin
məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş
ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes
subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir.
Bakı Ekspo Mərkəzində keçirilən sərgi Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, həmçinin
Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin
Milli Assosiasiyasının (İCMA) oldu tərəfdaşlığı ilə baş tutub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA
Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52
şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.