Ziya Məmmədovun oğlunun şirkəti ləğv edilir

14:39 - 23 İyun 2025

Ziya Məmmədovun oğlunun şirkəti ləğv edilir

Azərbaycanda beton istehsalı ilə məşğul olan "Qarant Beton" şirkəti ləğv edilir.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, MMC şirkətin ləğvi ilə əlaqədar kreditorlara müraciət edib.

Kreditorlar iki ay ərzində tələbələrini bildirə bilərlər. Şirkətin ləğvi barədə elan "Vergilər" qəzetində dərc edilib.

“Qarant Sement Zavodu” kimi tanınan MMC "Garant Holding"in strukturuna daxil olub.

Sözügedən holdinqin rəhbəri sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az