Hava məkanı bağlandı - AZAL-ın təyyarəsi geri qayıtdı

23:34 - 23 İyun 2025

Hava məkanı bağlandı - AZAL-ın təyyarəsi geri qayıtdı

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.


Bu haqda Manset.az-a Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə sualın yaranacağı təqdirdə sərnişinlərin [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmələri xahiş olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az