Rəqəmsal
yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfə müştərilərinə investisiya
dünyasının qapılarını açır. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan
Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşulur. PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə həyata keçirilən layihə hər kəsə
qlobal maliyyə bazarlarına rahat və sərfəli çıxış təqdim edir. Birbank Invest-lə
dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına
çıxış əldə etmək bir klik qədər rahat, zamansız və təhlükəsizdir.
Qeyd
edək ki, Birbank brendinin təqdim etdiyi Birbank Invest, Azərbaycanda bank tərəfindən
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunan ilk müstəqil
investisiya tətbiqidir. Tətbiq həm investisiya sahəsində ilk addım atanlar, həm
də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilər bu innovativ
platforma sayəsində sərvətlərini asanlıqla idarə edə, investisiya imkanlarından
effektiv şəkildə faydalana bilərlər.
Kapital Bank-ın əmtəə
nişanı olan Birbank Invest istifadəçilərinə unikal fürsətlər təqdim edir:
-
ABŞ-ın aparıcı
şirkətləri və ETF-lər daxil olmaqla, 11 000-dən çox maliyyə alətinə çıxış
imkanı;
-
Cəmi 1 ABŞ dolları
ilə investisiyaya fürsəti;
-
Hissəli səhmlərlə
sərfəli və əlçatan yatırım;
-
Əlavə sənəd tələb
olunmadan, sürətli və tam rəqəmsal qeydiyyat prosesi;
-
CFD deyil, səhmlərin
birbaşa istifadəçinin adına rəsmiləşdirilməsi ilə şəffaf sahibliyin təmin olunması;
-
7/24 sifariş qəbul
etmə imkanı və real vaxtda portfel izləmə funksiyası;
-
Kartı manual
olaraq əlavə etmədən vəsaiti anındaca yükləmə imkanı;
-
Rəqabətli
komissiya şərtləri: əməliyyat üzrə cəmi 0.2%, minimum 1 ABŞ dolları, maksimum
100 ABŞ dolları;
-
Yüksək səviyyəli
təhlükəsizlik sistemi və SIPC sığortası ilə istifadəçi balansının 500 000 ABŞ
dollarınadək sığortalanması;
Birbank
Invest mobil tətbiqini həm “App Store”, həm də “Google Play” platformalarından
yükləmək mümkündür.
Mobil təbiqi yükləmək üçün: https://onelink.to/ryprcz
2025-ci
ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk
müstəqil investisiya tətbiqidir. İstifadəçilərə
beynəlxalq maliyyə bazarlarına rahat, təhlükəsiz və əlçatan çıxış imkanı
yaradan rəqəmsal platforma “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə əməkdaşlıq
çərçivəsində hazırlanıb.
Birbank
Invest barədə daha ətraflı məlumat almaq üçün https://birbankinvest.az/ saytına
keçid edə, onlayn çat vasitəsilə birbaşa sorğularınızı ünvanlaya, 196 Sorğu Mərkəzinə
zəng edə və ya Bank Invest-in müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz - https://linktr.ee/birbank.invest.