"Bakı Metropoliteni" QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu vəzifəyə qurumun Hərəkət Xidmətinin rəis müavini Anar Zamanov gətirilib.
O bu vəzifədə Elxan Məmmədovu əvəz edib. Elxan Məmmədov isə hazırda fəaliyyətini Mərkəzləşdirilmiş Dispetçer Xidmətində davam etdirir.