Bayram günlərində yola çıxanların NƏZƏRİNƏ

17:08 - 25 İyun 2025

Bayram günlərində yola çıxanların NƏZƏRİNƏ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə verib.


Manset.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, qarşıdakı qeyri-iş günlərində avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

"Baş Dövlət Yol Polisi İdarəsi hərəkət intensivliyinin artması fonunda qabaqlayıcı tədbirlər görməklə yanaşı, səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir.

Bununla yanaşı, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməli, hərəkət zamanı sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalıdırlar.

Yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbirli və təmkinli olun. Tövsiyələrə riayət etməklə tətil günlərinizin yaddaqalan olmasına töhfə verin", - müraciətdə deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az