Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.
Manset.az Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, onların səhhətlərində dönər yedikdən sonra ciddi narahatlıq yaranıb.
"Dönərin yarısını yemişdilər, uşaq bir anda göyərdi, dayanmadan qusmağa başladı. Tez-tələsik xəstəxanaya apardıq. İki sistem qoşublar, amma hələ də özünə gəlməyib", - deyə zərərçəkənin yaxını bildirib.
Digər zərərçəkənin nənəsi isə deyib ki, nəvəsi məktəbin yaxınlığında yerləşən dönərxanadan dönər sifariş verib. Yedikdən sonra özünü pis hiss edib və qusmağa başlayıb.
"Xəstəxanada dedilər ki, bu gün zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı çoxdur", - o əlavə edib.
Ətraflı süjetdə: