Bu uşaqlar müsabiqəsiz 1-ci sinfə qəbul edildi

09:21 - 26 İyun 2025

Bu uşaqlar müsabiqəsiz 1-ci sinfə qəbul edildi

Bəzi lisey və gimnaziyaların rus bölməsi üzrə birinci sinfinə qəbul üçün nəzərdə tutulmuş boş yerlərin sayı müraciət edən uşaqların sayından çox olduğu üçün müsabiqə ləğv edilib.


Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Bildirilir ki, qeydiyyatdan keçirilən uşaqlar müsabiqədə iştirak etmədən 1-ci sinfə qəbul edilmiş hesab olunurlar.

Qəbul müsabiqəsi ləğv edilmiş lisey və gimnaziyalar aşağıdakılardır.

- Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

- Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

- Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi

- Bakı şəhəri "Zəngi" liseyi

- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az