“Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək və 20:00 radələrində Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir”.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.
Bildirilib ki, cənazələr “Ural Hava Yolları” ilə Azərbaycana gətiriləcək.