"Şəxsi mülkiyyətimdə olan torpaq sahəsini məhkəmə mənə satmağa çalışır".
Manset.az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Həşimov Əbdürrəhman Həsən oğlu bildirib.
2007-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə kənd bələdiyyəsi tərəfindən torpaq sahəsi verilib. 2007 və 2013-cü illərdə ürək əməliyyatı keçirdiyimə görə həmin torpaq sahəsinin qərarını bağlaya bilməmişəm. 2022-ci ildə mən çoxlu torpaq vergisi gəldi. İstifadə etmədiyim torpaq sahəsinin vergisini ödəməli oldum. kənd bələdiyyəsi mənə torpağın qırağını bağlamağımı desə də mənim mülkümdən qanunsuz istifadə edən şəxs buna imkan vermədi.
Mən də məcbur olub Qəbələ Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin çıxardığı qərarla mən torpağımın qırağını bağlaya bildim.
Bundan sonra torpağımdan qanunsuz olaraq istifadə edən Həşimov Qabil Rəhim oğlu məni məhkəməyə verdi.
Guya o mənim torpağımda fındıq və digər ağaclar əkib.O ağaclara görə o, məndən təzminat tələb etdi. Halbuki həmin ağaclar 1980-ci illərdə əkilib. Qabil Həşimov Qəbələ Rayon Məhkəməsinə verərək mənim əleyhimə qərar çıxartdı. Belə ki, məhkəmə heç bir sübut olmadan qarşı tərəfə 4000 manat pul ödəməyimlə bağlı qərar verdi. Halbuki, həmin ərazidə fındıq ağacların 1980-ci ildən əkilməsi ilə bağlı və həmin torpaq sahəsinin mənə aid olması ilə bağlı bütün sənət və sübutlar məhkəməyə təqdim olunmuşdu. 20.06.2023-cü ildə Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayevin çıxardığı qərarın ləğv edilməsi üçün Şəki Rayon Apellyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmədə torpağın qiymətləndirməsi ilə bağlı nümayəndənin gələcəyini söylədi. 1 il davam edən Şəki Rayon Apellyasiya Məhkəməsi də Qəbələ Rayon Məhkəməsi kimi heç bir sübut olmadan qarşı tərəfin lehinə qərar çıxardı. Belə ki,hakim Ələddin Məcidov həmkarı Elman İsayev kim heç bir sübut olmadan ona cərimə ödəməyimlə bağlı qərar verdi. Çünki hər iki məhkəmə heç bir sübut və sənəd olmadan bu cür ədalətsiz qərar çıxarıb.
Mən hər iki məhkəmənin çıxardığı qərardan narazıyam. Çünki hər iki hakim ulu öndər Heydər Əliyevin qərarı ilə mənə verilən torpaq sahəsini mənə satmağa çalışır. Qəbələ Rayon Məhkəməsində bu cür proseslər çox olub. Bütün məhkəmələrdə mülk sahibinin xeyirinə qərar çıxarılsa da mənə qarşı bu cür ədalətsiz qərar çıxarıldı. Hər iki məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Məhkəməsinə müraciət etmişəm. Müvafiq orqanlardan xahiş edirəm ki, hər iki hakimin çıxardığı ədalətsiz qərarı ləğv etdirilməsinə mənə kömək etsinlər.
Vətəndaşın müraciəti ilə Məhkəmə-Hüquq Şurasına müraciət etdik.
Müraciətlə bağlı Məhkəmə-Hüquq Şurasının göndərdiyi məktubu təqdim edirik: