Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və istirahət mərkəzlərində
müasir və rahat şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər
həyata keçirilir.
Bilgəh
Kardioloji Sanatoriyasında da abadlıq işləri aparılaraq şərait yaxşılaşdırılıb.
Bununla əlaqədar Konfederasiyanın, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin rəhbər vəzifəli şəxsləri və Milli Məclisin deputatları
sanatoriyada görülmüş işlərlə tanış olublar.
Məlumat
verilib ki, sanatoriyanın yeməkxanası, kottecləri, korpus otaqları, eləcə də fəvvarələr
təmir edilib, ərazi yaşıllaşdırılıb. Həmçinin sanatoriyada Wi-Fi internet, IP
telefoniya və müasir işıqlandırma sistemləri qurulub, təhlükəsizlik kameraları
quraşdırılıb. Bununla yanaşı, çimərlik sahəsində də abadlıq işləri aparılıb.
Sanatoriyada
tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun şəkildə
təşkil olunur.
Tədbir
iştirakçıları sanatoriyanın ərazisini gəzib, yaradılmış müalicə və istirahət şəraiti
ilə tanış olublar.
Qeyd
edək ki, 17,5 hektar ərazidə yerləşən Bilgəh Kardioloji Sanatoriyası 316
çarpayılıqdır. Profili ürək və qan-damar sistemi xəstəlikləri olan sanatoriya
ilboyu fəaliyyət göstərir. 2025-ci il yanvarın 1-dən iyunun 30-dək 2500 həmkarlar
ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb. Bu da 2024-cü ilin
müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.