Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal
ekosistemi olan Bir ekosistemi-nin
mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması Umico rebrendinq
edərək müştərilərinə Birmarket
adı ilə xidmət göstərir. 2 milyondan çox müştərinin etibar etdiyi Birmarket
elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məhsulları, ev
əşyaları, istirahət və əyləncə də daxil olmaqla onlarla kateqoriyada minlərlə
məhsul çeşidi təklif edir.
Platforma təkcə məhsul çeşidinin zənginliyi ilə
deyil, həm də təqdim etdiyi rahatlıq və əlçatanlıqla seçilir. Müştərilər
sifarişlərini ya kuryer vasitəsilə birbaşa ünvanlarında, ya da ölkə üzrə
fəaliyyət göstərən 850-dən çox “Gəl al” təhvil məntəqəsindən əldə edə
bilərlər. 24 ayadək hissə-hissə ödəmə, taksit və yerində kredit imkanları isə istifadəçilərə
arzuladıqları məhsullara asanlıqla sahib olmaq üçün sərhədsiz alış-veriş
fürsəti yaradır. Qeyd edək ki, rebrendinq çərçivəsində 1 iyul 2025-ci il
tarixindən etibarən Umico mobil tətbiqi mərhələli şəkildə Birmarket tətbiqinə
çevrilir. İstifadəçilər sadəcə tətbiqi yeniləməklə mövcud hesablar, sifarişlər
və bonus proqramlarından heç bir dəyişiklik olmadan istifadə etməyə davam edə
bilərlər.
Bir ekosistem-in Baş İcraçı Direktoru Fərid
Məmmədov bu inkişaf mərhələsi ilə bağlı qeyd edib: “Ölkənin ilk onlayn
alış-veriş platforması kimi Umico bizim üçün möhkəm bir başlanğıc idi. Lakin
qısa zamanda biz yalnız böyümədik, dəyişdik, inkişaf etdik və ölkəmizin müştəri
təcrübəsindəki dəyər zəncirinin əsas hissəsinə çevrildik. Umico – indiki adı
ilə Birmarket bu dəyişimin və inkişafın əsas komponentlərindəndir. Birmarket
təkcə alış-veriş platforması deyil, insanların gündəlik həyatına dəyər qatan,
alış-verişi, bonus imkanlarını və bir çox xidməti bir araya gətirən vahid bir
təcrübədir”.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank,
Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni
zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla
əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini
zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və
ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli
alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən,
vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar.
Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus,
Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə
sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.