Paytaxtın 2 qəsəbəsində qaz kəsiləcək 

23:24 - 09 İyul 2025

Paytaxtın 2 qəsəbəsində qaz kəsiləcək 

“Bül-Bülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin 10.07.2025-ci il tarixində hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq. 


Bu barədə Manset.az-a “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, bu səbəbdən Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az