"MTV Azərbaycan” kanalı xəbərlər xidmətini bağladı

13:32 - 10 İyul 2025

\"MTV Azərbaycan” kanalı xəbərlər xidmətini bağladı

"MTV Azərbaycan” kanalının xəbərlər departamenti fəaliyyətini dayandırıb


Manset.az-ın əldə etdiyi məlumata görə, "MTV Azərbaycan” telekanalında yayımlanan "Xəbərdar" adlı xəbər buraxılışları efirdən çıxarılıb və yayımdan qaldırılıb.

Telekanalın məhz belə vacib bir dövrdə xəbərlər xidmətinin fəaliyyətini hansı səbəbdən dayandırdığı isə bəlli deyil.

Qeyd edək ki, kanalın hazırkı direktoru Elsevər Dünyamalıyev olsa da, faktiki olaraq kanala Ədalət Abbasov rəhbərlik edir.

Xatırladak ki, Ədalət Abbasov bir müddət əvvəl Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin çəkiliş sektoru müdiri vəzifəsindən azad olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az