Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

23:42 - 16 İyul 2025

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

Qazax rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Manset.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Şəmkir Regional Qaz İstismarı İdarəsinin Qazax Xidmət Sahəsinə aid Əskipara AQPS-dən qidalanan Ülkməzli kəndi ərazisində, diametri 530 millimetr olan qaz xəttində kompresatorun birləşmə hissəsində kəskin qaz sızması aşkar edilib.

Qaz sızmasının aradan qaldırılması və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Daş Salahlı, Bala Çaylı, Çaylı, Ülkməzli, Dəmirşçilər, Alpoud, Abbasbəyli, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərinin qaz təchizatı dayandırılacaq. Ümumilikdə, təqribən 4 100 abonent bu fasilədən təsirlənəcək.

Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.


***

20:00

Yevlax şəhərinin və rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus diametri 1 220 millimetr olan "Qazıməmməd-Qazax II xətti" yüksəktəzyiqli magistral qaz kəməri ilə "Yevlax-1 QPS qol qaz kəməri"nin əlaqələndirilməsi məqsədilə çəkilmiş yeni yüksəktəzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri aparılacaq.

Bununla bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək "Yevlax" QPS-dən qidalanan "Yevlax 1-ci xətt" ölçü qovşağından qaz verilişinin dayandırılması planlaşdırılır.

Təmir işləri müddətində Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İrəvanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31-ci və 32-ci məhəllə də daxil olmaqla, ümumilikdə 7 490 abonentin qaz təchizatında məhdudiyyətlər olacaq.

Qurumdan qeyd olunub ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az