Xəbər verdiyimiz kimi, Ağdaşda 17 yaşlı gənc su kanalında batıb.
Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu atası ilə Yuxarı Şirvan kanalına gedib. O, atasının gözü qarşısında Yuxarı Şirvan kanalında çimərkən batıb. Valideyni övladına heç cür kömək edə bilməyib.
Batan yeniyetmə idmanın alpatut növü üzrə respublika çempionu imiş.
Qeyd edək ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.