22 yaşlı hamilə qadın itkin düşüb - “Qızımız pis idisə...” -  VİDEO

18:12 - 07 Avqust 2025

22 yaşlı hamilə qadın itkin düşüb - “Qızımız pis idisə...” -  VİDEO

Şəkidə 22 yaşlı Səbinə Davudova avqustun 3-dən etibarən itkin düşüb.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, gənc qadının atası Şəki rayonu Baş Layısqı kənd sakini Elçin Aydəmirov qızının 5 il əvvəl qonşu Baş Göynük kəndinə gəlin köçdüyünü və 4 yaşlı oğlu olduğunu bildirib.

“15 gün bundan qabaq toyda olmuşuq. Qızımı orada gördüm, vəziyyəti heç xoşuma gəlmədi. Yeznəm 4 gün əvvəl zəng edib dedi ki, qızınız evdən qaçıb. Polislər gəldilər, evə baxış keçirdilər. Qızım sakit, tərbiyəli uşaq olub. Xahiş edirəm köməklik edin, qızımın ölüsü- dirisi tapılsın. Qızım ona zülm verilib-verilmədiyi ilə bağlı mənə şikayət etməyib. Ona özüm baxmışam, anası vəfat edib”, - deyə E.Aydəmirov söyləyib.

Səbinənin qohumu Nazlı Musayeva isə qeyd edib ki, o, evi tərk edəndə, guya, məktub yazıb ki, “sizə nifrət edirəm, məni axtarmayın”: “Telefonunu özü ilə aparmayıb. Polis işçiləri telefonu yoxlayıblar, təmiz çıxıb. Qızımız pis idisə, onu geri qaytarardılar. Biz onun ölüsünü, dirisini həmin insanlardan istəyirik. Bütün nəsil-kök ayağa qalxmışıq. Onun yetimliyindən istifadə edib hər şey edə bilərlər”.

İtkin düşən S.Davudovanın ailə üzvləri onun hamilə olduğunu da bildirib.

Daha ətraflı videomaterialda:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az