Çində universiteti yenicə bitirib qayıtmışdı: Qəzada öldü - FOTO

23:52 - 09 Avqust 2025

Çində universiteti yenicə bitirib qayıtmışdı: Qəzada öldü - FOTO

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 08 radələrində rayonun Qurbanəfəndi kəndi ərazisində “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. 

Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, yaxınlarının paylaşdığı məlumata görə, Aydan bir ay əvvəl Pekin Universitetində magistr təhsilin bitirib qayıtmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az