Adını çaydan, istiliyini qazdan alan Göyçay - VİDEO/FOTO

17:06 - 12 Avqust 2025

Adını çaydan, istiliyini qazdan alan Göyçay - VİDEO/FOTO

İnsanlar ən qədim zamanlardan müasir dövrümüzə qədər yaşayış məskənlərini çay və göllərə yaxın ərazilərdə salmağa çalışıblar. Elə adını da çaydan götürən Göyçay rayonu buna bariz nümunədir. 1700 ildən çox yaşı olan rayonda rahat yaşamaq üçün bu gün hər bir şərait mövcuddur.


Manset.az xəbər verir ki, hazırda rayonun qazlaşma səviyyəsi 100%-ə bərabərdir. Ancaq buna baxmayaraq dəyişən fəsillərlə ötən illər qaz xətlərinin köhnəlməsinə və eroziyasına səbəb olur ki, bu zaman da yenilənmə prosesi SOCAR-ın “Azəriqaz” İB tərəfindən həyata keçirilir. Çünki abonentlərin fasiləsiz və keyfiyyətli təbii qazla təminatı Birliyin ən ümdə vəzifələrindən biridir. Görülən işlərin dəqiq  ünvanını və həcmini isə ustanın dilindən eşitmək daha doğru olar.

Qeyd edək ki, cari ildə Göyçay rayonu ərazisində mövcud qaz xətlərinin 11 min paqonmetrində yenilənmə işləri nəzərdə tutulub ki , bunun da artıq 6 min paqonmetrində işlər yekunlaşıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az