Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Təlim və İnnovasiyalar Mərkəzində “WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib.
Manset.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və Agentliyin nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov bu cür təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki,
“Su təsərrüfatı sahəsində innovativ yanaşmalar və yeni texnologiyaların tətbiqi günümüzdə daha aktual və vacibdir. Bu gün burada toplaşan hər bir iştirakçı ölkəmizin su ehtiyatlarının qorunması və davamlı inkişafı yolunda potensial dəyişiklik yarada biləcək bir fikrin, bir texnoloji həllin müəllifi ola bilər”.Daha sonra çıxış edən Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev çıxışı zamanı qeyd edib ki, “Əziz tələbələr, qarşıda sizi dörd günlük gərgin, eyni zamanda çox faydalı bir proses gözləyir. Bu müddətdə siz yalnız nəzəri biliklər qazanmayacaq, həm də komandada işləməyi öyrənəcəksiniz, fikir mübadiləsi aparacaqsınız və ortaya mövcud problemlərin real həllərini çıxaracaqsınız. Sizin bu hakatonda irəli sürdüyünüz ideyalar gələcəkdə böyük layihələrin əsasına çevrilə bilər”.
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək dörd günlük təlim və hakaton proqramı su ehtiyatlarının idarə olunması sahəsində süni intellektin və innovativ texnologiyaların tətbiqinə həsr olunub.
Proqrama ümumilikdə 305 nəfər müraciət edib, onlardan seçilən 60 gənc iştirakçı təlimlərdə iştirak etmək imkanı qazanıb.
Proqramın sonunda ən uğurlu ideyalar münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırılacaq və onların həyata keçirilməsi üçün əlavə imkanlar təqdim olunacaq.
Tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və SUP VC-nin təşkilatçılığı, EU4ClimateResilience layihəsinin dəstəyi ilə baş tutub. Layihə Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən maliyyələşdirilir, GIZ və OECD tərəfindən icra olunur.
“WaterTech Bootcamp” iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, komanda işi, kreativlik və davamlı inkişaf prinsiplərini də təşviq edən mühüm təşəbbüsdür.
ADSEA-da “WaterTech Bootcamp”ın açılış mərasimi keçirildi - FOTOLAR
16:22 - 05 Sentyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
02 Aprel 2026 - 13:28
"Səyyadın canı üçün "qırmızı" böhtandır, nəvəmin maşını "üçüncü əl"dir"
02 Aprel 2026 - 16:35
SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
02 Aprel 2026 - 15:32
"Fənərbağça" ilə derbi öncəsi "Qalatasaray"da növbəti İTKİ
02 Aprel 2026 - 17:11
Əməkdar artist kimlərə və niyə 100 min təklif edir? - VİDEO
02 Aprel 2026 - 11:38
Silah-sursat anbarında PARTLAYIŞ - 13 ölü, 57 yaralı
02 Aprel 2026 - 12:30
Məşhur sənətçidən qalan miras dodaq uçuqlatdı
02 Aprel 2026 - 11:00
Abas Miskərliyə yüksək vəzifə verildi - FOTO
02 Aprel 2026 - 09:58
Bu ölkədə 7.4 bal gücündə ZƏLZƏLƏ - Ölən və yaralananlar var
02 Aprel 2026 - 15:52
Valideynlərini qətlə yetirdi - Polisə zəng edib təslim oldu
02 Aprel 2026 - 00:01
Aprel döyüşlərindən 10 il ötür
02 Aprel 2026 - 12:06
Bakıda uzun tıxac yarandı - SƏBƏB
02 Aprel 2026 - 00:30
Ronaldonun klubunda ciddi itkilər var
Xəbər xətti
- 02 Aprel 2026
- 21:33 Sahibsiz itin hücumuna məruz qalan azyaşlının SON DURUMU
- 21:16 Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi
- 20:53 Pezeşkian İlham Əliyevə zəng etdi
- 20:44 Gürcüstan VK sədri Azərbaycana gəldi - FOTOLAR
- 20:28 Biləsuvarda sahibsiz it 5-ci sinif şagirdinə hücum etdi
- 20:11 Nizami Kino Mərkəzinin binasının ilkin görünüşü bərpa olunub - FOTO
- 19:54 Səbinə Əliyeva qlobal tribunada - Uşaqlar rəqəmsal risk altında - FOTOLAR
- 19:39 Ağdaşda 28 yaşlı qadın itkin düşdü - FOTO
- 19:24 Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub - FOTOLAR
- 19:11 Aprel döyüşlərinin qəhrəman pilotları anılıb - VİDEO
- 18:47 İsrafçılıqda ittiham olunan vəzifəli şəxslərə bəraət verildi
- 18:32 Hərbi Həkim Komissiyasının sabiq rəisi məhkəmədə
- 18:10 Paytaxtın hansı küçələrində sıxlıq var?
- 17:56 İran hazırlıqları genişləndirir - Fantastik əsgər sayısı
- 17:55 Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir oldu - FOTOLAR
- 17:48 Boşanan arvadının evinə girmək istədi - Havalandırmada ilişib qaldı / FOTO
- 17:45 Aprelin ilk ongünlüyündə hava belə olacaq
- 17:40 Türkiyəli məşhura ağır itki - FOTO
- 17:35 Bağça müəllimlərinin NƏZƏRİNƏ - Yerdəyişmə müsabiqəsi başlayır
- 17:33 NASA növbəti Aya növbəti raketi göndərdi
- 17:25 Azərbaycanda TikTok istifadəçilərinə yeni qayda tətbiq olundu
- 17:11 Əməkdar artist kimlərə və niyə 100 min təklif edir? - VİDEO
- 16:50 Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ
- 16:40 Hakan Fidan həmkarı ilə danışdı
- 16:36 SEPAH-ın daha bir generalı öldürüldü - FOTO
- 16:35 SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
- 16:19 “Qanlı göl” ərazisində kompleks yenidənqurma işləri görüləcək
- 16:12 Makrondan ailəsi ilə bağlı danışan Trampa REAKSİYA
- 16:07 530 manatlıq analizə görə pasienti klinikadan qovdular - "Funda" hospitaldan şikayət
- 16:02 Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi
- 15:52 Valideynlərini qətlə yetirdi - Polisə zəng edib təslim oldu
- 15:36 İlham Əliyev Qırğızıstana səfər edəcək
- 15:32 "Fənərbağça" ilə derbi öncəsi "Qalatasaray"da növbəti İTKİ
- 15:13 Bakı–Quba yolunda “Bentley” aşdı - VİDEO
- 15:00 Azərbaycanda tələbələrlə bağlı mühüm AÇIQLAMA
- 14:36 “Zəfərə aparan yol: Aprel döyüşləri” mövzusunda tədbir keçirildi - FOTOLAR
- 14:31 Paşinyan Moskva səfərini uğurlu adlandırıb
- 14:17 “Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur”
- 14:03 "Aprel döyüşləri böyük Zəfərə aparan yolun başlanğıcı idi"
- 13:52 Nizami Kino Mərkəzinin binasına ziyan vuruldu - FOTOLAR
- 13:47 "Mən 10 dəqiqəlik oyunçu deyiləm" - İkardidən NARAZILIQ
- 13:41 Tofiq Yaqublu haqda SON QƏRAR
- 13:28 "Səyyadın canı üçün "qırmızı" böhtandır, nəvəmin maşını "üçüncü əl"dir"
- 12:57 Pezeşkiandan ABŞ xalqına MƏKTUB
- 12:48 Sabahın havası necə olacaq?
- 12:30 Məşhur sənətçidən qalan miras dodaq uçuqlatdı
- 12:22 Dünya azərbaycanlıları Novruzu böyük coşqu ilə qeyd ediblər
- 12:11 "Instagram" ödənişli olacaq - Yeni funksiyalar gəlir
- 12:06 Bakıda uzun tıxac yarandı - SƏBƏB
- 12:05 "Daha sərt tədbirlər görəcəyik" - İrandan ABŞ və İsrailə yölnəlmiş açıqlama
- 12:00 Prezident Cevdet Yılmazı qəbul etdi - FOTO