Yol polisindən sürücülərə ÇAĞIRIŞ

09:03 - 06 Sentyabr 2025

Yol polisindən sürücülərə ÇAĞIRIŞ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.


BDYPİ-dən Manset.az-a verilən məlumata görə, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir.

Qeyd olunub ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırıb ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az