Dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ - YENİLƏNİB

16:24 - 06 Sentyabr 2025

Dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ - YENİLƏNİB

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəzada həlak olanların şəxsiyyəti məlum olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində qəzaya səbəb olan "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, "Changan" markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Hadisə nəticəsində xəsarət alan "Changan" markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.

***

11:34

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.


FHN-dən Manset.az-a verilən məlumata görə, qəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.


İdarədən Manset.az-a verilən məlumatda bildirilir ki, sentyabrın 6-da saat 09:30-da paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az