Bakı sərnişin stansiyasına daxil olmaq istəyən qatarlar texniki nasazlığa görə yolda qalıb.
Manset.az xəbər verir ki, 30-35 dəqiqə gecikmədən sonra texniki nasazlıq aradan qaldırılıb və qatarlar təhlükəsiz şəraitdə Bakı sərnişin stansiyasına daxil olub.
Qeyd edək ki, qatar maşinistlərinin verdiyi məlumata görə nasazlığa səbəb güclü küləkdir.
09:05
Bakı sərnişin stansiyasına daxil olmaq istəyən qatarlar texniki nasazlığa görə yolda qalıb.
Manset.az olke.az-a istinadən xəbər verir ki, hazırda bir neçə qatar Bakı sərnişin stansiyasına daxil ola bilmir. Qatar maşinistlərinin verdiyi məlumata görə nasazlığa səbəb güclü küləkdir. Hazırda sərnişinlər texniki nasazlığın aradan qaldırılmasını gözləyirlər.