Oqtay Şirəliyevin yerinə o seçildi

16:52 - 10 Oktyabr 2025

Oqtay Şirəliyevin yerinə o seçildi

“Respublika Diaqnostika Mərkəzi” ASC-yə yeni baş direktor seçilib.


Manset.az Qaynarinfo-ya istinadən  xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib. 

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. 

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az