Pakistanda təhlükəsizlik qüvvələrinə qarşı bomba yüklü avtomobilə hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hücumdan sonra yoxlama məntəqəsi dağılaraq bəzi təhlükəsizlik işçiləri dağıntılar altında qalıb. Hücumun kim tərəfindən təşkil edildiyi hələ məlum deyil.
Khyber Pakhtunkhwa vilayətinin Baş naziri Sohail Afridi verdiyi açıqlamada terror hücumunu pisləyib.