Barselonada faciə - 3 uşaq həlak oldu

12:52 - 17 Fevral 2026

Barselonada faciə - 3 uşaq həlak oldu

İspaniyanın Barselona şəhərində binada güclü yanğın baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğında beş gənc həyatını itirib. 

Məlumata görə, dünən gecə İspaniyanın Barselona şəhərinin Osona bölgəsindəki Manlleu qəsəbəsində bir binada baş verən yanğında 3-ü uşaq olmaqla 5 gənc həyatını itirib. Hadisə nəticəsində dörd nəfər də yüngül xəsarət alıb.

Yanğın Manlleunun Montseny küçəsində yerləşən beşmərtəbəli bir binada baş verib. Alovların binanın dam mərtəbəsində yaşayışa çevrilmiş bir anbar sahəsində başladığı müəyyən edilib. Yanğınsöndürənlərin verdiyi məlumata görə, binada olan şəxslər hələlik məlum olmayan bir səbəbdən çölə çıxa bilməyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az