Lənkəran-Lerik avtomobil yolundakı problem aradan qaldırıldı - VİDEO

12:17 - 14 Oktyabr 2025

Lənkəran-Lerik avtomobil yolundakı problem aradan qaldırıldı - VİDEO

Ötən gün axşam saatlarında güclü külək Lənkəran–Lerik avtomobil yolunun 20-ci kilometrində, Lerik rayonunun Piran kəndi ərazisində ağacın yola aşmasına səbəb olmuşdur. Hadisə nəticəsində avtonəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb.   


Bu barədə  Manset.az-a AAYDA-dan məlumat verilib.  

Yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə Yol İstismar MMC-nin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.  
 
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yol ilə hərəkət qısa müddətdə bərpa edilmişdir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az