Şəki şəhərinin Salman Mümtaz küçəsində Sadəddin Allahverdiyevə məxsus fərdi yaşayış evinin bağında sahibsiz itlər sürü ilə hücum edərək iki qoyunu parçalayıb, birinə isə xəsarət yetiriblər.
Manset.az Baku TV-yə istinadən xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, son vaxtlar sürü halında dolaşan sahibsiz itlərin sayı artıb. Əgər bununla bağlı hər hansı bir tədbir görülməsə, növbəti qurban uşaqlar ola bilər.
Şəki Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökumət təşkilatlarına müraciət olunub. Vurğulanıb ki, şəhər ərazisində sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır.
Şəki Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətindən isə qeyd olunub ki, epizootik plana uyğun olaraq sahibsiz itlər arasında quduzluğa qarşı vaksinasiya inyeksiya tədbirləri görülüb və bu işlər davam etdirilir.
Daha ətraflı videomaterialda: