Siqareti tərgitmək beyni qoruyur

01:30 - 16 Oktyabr 2025

Siqareti tərgitmək beyni qoruyur

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, siqareti tərgitmək, hətta orta və yaşlı yaş dövründə belə, beyin fəaliyyətinin zəifləməsini yavaşladır.


Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, “The Lancet Healthy Longevity” jurnalında dərc olunan araşdırma 12 ölkədən 40 yaşdan yuxarı 9436 nəfərin məlumatları əsasında aparılıb. Nəticələr göstərib ki, siqareti buraxanların yaddaş və şifahi bacarıqları, siqaret çəkməyə davam edənlərlə müqayisədə altı il ərzində daha az azalıb. Yaddaşda zəifləmə 20 faiz, şifahi bacarıqlarda isə iki dəfə daha yavaş müşahidə olunub.

Tədqiqatın müəllifi dr. Mikaela Bloomberg bildirib ki, siqareti buraxmaq, hətta 50 yaşdan sonra belə, koqnitiv sağlamlığı qorumağa kömək edir. Alimlərə görə, siqaretin beyin üçün zərəri əsasən damarların zədələnməsi və oksigen çatışmazlığı ilə bağlıdır, bu da yaddaş itkisi riskini artırır.

Professor Andrev Steptoe qeyd edib ki, yaddaş və düşünmə qabiliyyətinin yavaş azalması demans riskinin azalması ilə əlaqəlidir. Araşdırma bir daha göstərir ki, siqareti tərgitmək həm bədən, həm də beyin sağlamlığı üçün gec deyil.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az