Araba sürür, adına 5 şirkət var - VİDEO

09:14 - 18 Oktyabr 2025

Araba sürür, adına 5 şirkət var - VİDEO

Paytaxt sakini Xəqani Qasımov Rusiyaya getmək istəyərkən adının 5 şirkətdə təsisçi kimi keçdiyini və 54.441 manat vergi borcu olduğunu öyrənib.


Manset.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, şəhid qardaşı olan X. Qasımov vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulduğunu, aldığı 950 manatlıq biletin isə batdığını deyib.

O bildirib ki, illər əvvəl işə düzəltmək adıyla bir neçə sənədə qol çəkdirilib və şəxsiyyət vəsiqəsi əlindən alınıb. Bundan xəbərsiz olan Xəqani Qasımov illərlə arabaçı kimi çalışıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, başqa şəxsin adına “VÖEN” açmaq qanunsuzdur. Bunun üçün vətəndaşın özü müraciət etməli və ya rəsmi etibarnamə verməlidir.

Hazırda o məsələ ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşdığını, lakin vəkil tutmağa imkanı olmadığını deyib.

Daha ətraflı materialda:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az