Böyükşor-Pirşağı yolunda yanğın hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, “Bakı” çörək zavoduna məxsus 99-VB-828 dövlət nömrə nişanlı Ford markalı mikroavtobus alışaraq yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.
Alov qısa müddətdə söndürülüb. Hadisə yerindən görüntüləri təqdim edirik: