Sabah bu ərazilərdə su kəsiləcək - XƏBƏRDARLIQ

20:16 - 04 Noyabr 2025

Sabah bu ərazilərdə su kəsiləcək - XƏBƏRDARLIQ

Sabah nasos stansiyasının kollektorunda aparılacaq yenidənqurma işləri ilə əlaqədar Bakının Sulutəpə, Qobu və Hökməli qəsəbələrinin bəzi hissələrinin su təchizatında fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata əsasən, sabah saat 08:00-dan axşam saatlarınadək su verilişində məhdudiyyətlər tətbiq ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az