“Kontakt”da ilin ən böyük endirimləri başladı - 70%-dək endirim

10:07 - 14 Noyabr 2025

“Kontakt”da ilin ən böyük endirimləri başladı - 70%-dək endirim

İlin çox gözlənin endirim dalğasının ilk xəbəri “Kontakt”dan gəldi. Şəbəkə bu gündən etibarən ilin ən ağlasığmaz endirim kampaniyasına start verib. İndi “Kontakt”dan sevdiyiniz bütün məhsulları “ya indi, ya da heç vaxt” deyərək nağd alışda 70%-dək endirimləri ilə əldə edə bilərsiniz.


Üstəlik, “Kontakt”ın bu kampaniyasında hər kəs sözün əsl mənasında hərtərəfli düşünülüb – çünki şəbəkə indi, geniş məhsul çeşidinə bol endirim ilə yanaşı, istədiyiniz məhsulun endirimli qiymətini 24 ayadək bölüb rahat-rahat ödəmə imkanı da verir.

Elə isə, bu ilin ən böyük endirimlərində nələri, neçəyə ala bilərsiniz, nəzərdən keçirək:

· Tam 1000 manat endirimlə televizor: Daha əvvəl 2000 manat olan 165 sm diaqonallı Hisense televizoru ilə kinoteatr təcrübəsi evdə - bir pult uzaqlığında olacaq. Qled texnologiyalı bu nəhəng ekran isə indi tam yarı qiymətinə - 1000 manata hər kəs üçün əlçatandır.

· 350 manat endirimlə arzulanan o smartfon: Smartfonların həm iş, həm yaddaş, həm də əyləncə rolunu oynadığı bu dövrdə iPhone 16 bütün işləri rahatlaşdırır. 128 GB yaddaşlı, yüksək pikselli kameralı bu modeli indi 350 manat endirimlə, cəmi 1900 manata əldə etmək mümkündür.

· Net 70% endirimlə 900 manata robot tozsoran: 3000 manatdan, ilin ən böyük endirimində cəmi 900 manata əsl möcüzə - Xiaomi X20 Pro robot tozsoranı artıq hər kəsin evinin daimi sakini ola bilər.

· 400 manata paltaryuyan: Gündəlik rahatlığın texnologiyada digər adı Hisense paltaryuyanıdır. 6 kq-lıq tutumu, enerjiyə qənaət və səssiz işləmə sistemi ilə bu model ev işlərini sizin yerinizə həll edir. 460 manat endirimlə indi cəmi 400 manata bu rahatlığı evinizdə yaşamağın tam vaxtıdır.

· 150 manata yeməklərə dad qatan qazan dəsti: İlin ən böyük endirim günlərində “dadlı” fürsətlər arasında 6 parçalı paslanmaz poladdan Tefal qazan dəsti yer alır. Mətbəxində dad və zövq sevənlər üçün bu dəst, eləcə də bu təklif əsl tapıntıdır.

Fürsətləri dəyərləndirmək vaxtında qərar verməkdən başlayır. Odur ki, siz də vaxtında ilin ən böyük endirimlərindən yararlanıb bu günlərdən həm sevincli, həm qazanclı çıxa bilərsiniz. Qeyd edək ki, təkliflər “Kontakt”ın bütün mağazalarında, eləcə də kontakt.az saytında keçərlidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az