“İnklüziv cəmiyyətin formalaşması üçün əlilliyi olan şəxslərə geniş imkanlar yaradılmalıdır” - Zülfiyyə Nuriyeva

16:06 - 14 Noyabr 2025

“İnklüziv cəmiyyətin formalaşması üçün əlilliyi olan şəxslərə geniş imkanlar yaradılmalıdır” - Zülfiyyə Nuriyeva

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva əlilliyi olan şəxslərin sosial inteqrasiyası və rifahı ilə bağlı mühüm açıqlama verib.


Manset.az QHT.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, inklüziv cəmiyyətin əsas şərtlərindən biri əlilliyi olan insanların özlərini faydalı və dəyərli hiss etmələri üçün hərtərəfli imkanların yaradılmasıdır. Zülfiyyə Nuriyevanın sözlərinə görə, dövlət dəstəyi,qayğısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əmək pensiyası və ya müavinətlə,həmçinin onlardan orqanizmin funksyalarının 81-100 faiz pozulmasına görə (1 dərəcə) əlilliyi müəyyən edilmiş şəxslər və onlara qulluq edənlər Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar:

"Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reablitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslərə tibbi pedaqoji, idman, mədəniyyət və incəsənət, sosial və psixoloji xidmətləri göstərilir.

Gözdən əlilliyi olan şəxslərin peşə hazırlıq kurslarına cəlb edilməsi,onların sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət Azərbaycan Gözdən Əlilliyi olab Şəxslər Cəmiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Gözdən əlillərin sərbəst hərəkəti və dəstək almaları üçün xidmət müəssisələrində taktil döşəmələr mövcuddur. Dövlətin diqqət, qayğısı ilə yanaşı ictimaiyyətdə inklüziv cəmiyyətin formalaşmasında həssas insanlara xüsusi yanaşma nümayiş etdirməli və birgə fəaliyyətdə aktiv olmalıdırlar".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az