Bir gündə 111 111 ağac əkildi - Fotolar

14:23 - 14 Noyabr 2025

Bir gündə 111 111 ağac əkildi - Fotolar

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il təşkil olunan ağacəkmə aksiyasına dəstək olaraq bu il də ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri təşkil olunub. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında və ölkənin meşə fondu torpaqlarında keçirilən aksiyalar zamanı bir gündə ümumilikdə 111  111 ədəd ağac əkilib. 

Bu aksiyalar 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin qlobal ekoloji təşəbbüslərə dəstəyini, ekoloji məsuliyyətini, eləcə də yaşıl inkişaf və davamlı gələcək naminə atdığı ardıcıl addımları bir daha nümayiş etdirir

Qeyd edək ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” ağacəkmə təşəbbüsünə qoşulub və hər il ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az