Videoları ilə məşhurlaşan Zaur Mirzəyev azadlığa çıxdı

13:32 - 17 Noyabr 2025

Videoları ilə məşhurlaşan Zaur Mirzəyev azadlığa çıxdı

Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən bir az əvvəl əvvəl azad edilib.

Zaur Mirzəyev bir neçə ay öncə cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı üç il üç aylıq həbs cəzasını günə-gün başa vurub.

Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az