Bakıda 67 yaşlı kişi itkin düşdü

22:07 - 19 Noyabr 2025

Bakıda 67 yaşlı kişi itkin düşdü

Bakıda 67 yaşlı kişi itkin düşüb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə itkin düşən şəxsin qızı Hürü Cəfərova bildirib.

Onun sözlərinə görə, atası 1958-ci il təvəllüdlü Camaladin Kurtayev 18.11.2025-ci il saat 16:00-da yaşadığı Yasamal rayonu, Akim Abbasov 9b ünvanındakı evən çıxıb və itkin düşüb. Evdən çıxarkən əynində qara idman geyimi və qara ayaqqabı olub.

Camaladin Kurtayevin itkin düşməsi barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsində axtarışlar başlayıb.

İtkin düşən şəxsi görən şəxslər 0557378712 saylı nömrə ilə əlaqə saxlamaları xahiş olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az