Bakının 2 rayonunda qaz kəsiləcək

09:06 - 20 Noyabr 2025

Bakının 2 rayonunda qaz kəsiləcək

Xətai və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təminatında fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsində və Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar 20.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Süleyman Vəzirov, Fəzail Bayramov, Sergey Senyuşkin, Natiq Əliyev küçələrinin və Xocalı prospektinin, Binəqədi rayonunun isə 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az