Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştərilərinə
unikal təcrübə yaşadacaq yeni kampaniyaya start verir. “Disneyland® Paris-də Sehirli Dünyaya Visa dəstəyi ilə səyahət”
adlı kampaniya çərçivəsində Birbank Visa taksit və debet kart sahibləri unudulmaz səyahət və pul
mükafatları qazanmaq şansı əldə edirlər.
Bunun üçün sadəcə xarici onlayn
platformalarda və xarici ölkələrdə
POS-terminallarda Birbank Visa kartları
ilə ödəniş etmək yetərlidir. Kampaniya 30
noyabr 2025-ci il tarixinədək davam edəcək və dəyərləndirmə hər 2
kateqoriya üzrə aparılacaq. Bu müddətədək ən çox dövriyyə edən ümumilikdə 1000
nəfər Birbank müştərisi qalib olacaq. Onlardan hər kateqoriyadan bir nəfər
olmaqla ilk iki nəfər nağıllar aləminə, yəni “Disneyland® Paris”ə unudulmaz səyahət paketi əldə edəcək. Digər
qalibləri isə dəyərli pul mükafatları gözləyir:
·
3-cü yer – 1000 AZN
·
4-5-ci yerlər – 500 AZN
·
6-10-cu yerlər – 300 AZN
·
11-20-ci yerlər – 200 AZN
·
21-50-ci yerlər – 100 AZN
·
51-200-cü yerlər – 50 AZN
Əlavə olaraq, yalnız onlayn ödənişlər istiqamətində 201-dən 800-dək
yerləri tutan iştirakçıların hər birinə 20 AZN təqdim ediləcək.
Birbank-ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov bildirib:
“Biz müştərilərimizə rahat bankçılıq xidmətlərimizlə bərabər, həm də unudulmaz
təcrübələr yaşatmağı hədəfləyirik. Rəqəmsal dövrdə sərhədlər aradan qalxır və
biz bu təcrübəni ölkə xaricinə də daşıyaraq müştərilərimizin səyahətlərini
maraqlı imkanlarla zənginləşdiririk. İstəyirik ki, müştərilərimiz Birbank kartının sadəcə bir ödəniş vasitəsi
deyil, həm də onları “Disneyland®
Paris” kimi arzulanan məkanlara apara biləcək bir açar olduğunu bilsinlər”.
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115
filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.