Birbank Biznes sahibkarlar üçün nəzərdə tutulmuş Visa Sahibkar kartını daha sərfəli şərtlərlə təqdim edir. Artıq kart tamamilə ödənişsiz verilir, eyni zamanda Bakı və Abşeron üzrə çatdırılma üçün heç bir rüsum tələb olunmur. Yenilənmiş kart müasir dizaynı, funksionallığı və biznes ehtiyaclarına uyğun imkanları ilə sahibkarlara maliyyə idarəçiliyində daha çox rahatlıq qazandırır. Ən sərfəli sahibkar kartı hansıdır? – sualına cavab axtaranlar bu kartın imkanlarını dəyərləndirə bilərlər.
Visa Sahibkar kartı biznes sahiblərinə gündəlik
xərcləri şəffaf şəkildə izləmək, şəxsi və biznes əməliyyatlarını ayrı-ayrılıqda
idarə etmək və dünyanın istənilən nöqtəsində əməliyyatları təhlükəsiz və sürətli
şəkildə həyata keçirmək imkanı yaradır. Visa Kart vasitəsilə həm alış-veriş etmək,
həm də nağd vəsait çıxarmaq mümkündür.
Kart sahibləri Visa biznes imtiyazlarına da çıxış əldə
edirlər. Bu imtiyazlara hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, beynəlxalq səfərlər
zamanı 24/7 tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərinə güzəştlərlə
qoşulmaq imkanı daxildir. “Google Ads”, “Meta Ads”, “LinkedIn Ads”, “Microsoft
365”, “Google Workspace” kimi platformalarda təklif olunan güzəştlər və bonuslar sahibkarlara
rəqəmsal əməliyyatlarını daha da sərfəli şəkildə etməyə kömək edir.
Kart, həmçinin gündəlik xərclərlə bağlı üstünlüklər
də təqdim edir. “Apple Pay” və “Google Pay” ilə ödəniş zamanı restoran, kafe,
sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində endirimlərdən
yararlanmaq mümkündür.
Xüsusilə qeyd edilməlidir ki, yeni kart dizaynı
sahibkarların peşəkar imicinə əlavə dəyər qatır və həm yerli, həm də beynəlxalq
səviyyədə biznes fəaliyyətini daha rahat şəkildə idarə etmək imkanı yaradır.
Sahibkar kartını Birbank Biznes mobil tətbiqi vasitəsilə
sifariş edərək, pulsuz çatdırılmadan yararlanmaq mümkündür.
Ətraflı məlumat: www.b-b.az/bbvsk
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes
Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin
inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim
edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt
canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək
imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün Birbank Biznes saytına keçid edin və ya
896 məlumat mərkəzinə zəng edin.