Psixotrop maddə qəbul edərək maşın sürdü – 30 gün həbs olundu

11:18 - 20 Noyabr 2025

Psixotrop maddə qəbul edərək maşın sürdü – 30 gün həbs olundu

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "Vaz 21154" markalı nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün müddətinə inzibati qaydada həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az