Bu həkimlərin ştatı ləğv ediləcək - Xəbərdarlıq edildi

14:35 - 20 Noyabr 2025

Bu həkimlərin ştatı ləğv ediləcək - Xəbərdarlıq edildi

Azərbaycanda elə tibb müəssisələri var ki, oradakı stomatoloqa il ərzində bir nəfər belə müraciət etmir.


Manset.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ölkədə vətəndaşların inanmadığı yetərincə stomatoloqlar var:

"Bu da onların fəaliyyətinin və iş keyfiyyətinin aşağı olduğunu bildirir. Stomatoloqlara yayda ciddi xəbərdarlıq etmişdik. İlin əvvəllərindən stomatoloqların xidməti haqqında əlimizdə faktlar var. Ölkə üzrə elə tibb müəssisələrimiz var ki, bir vətəndaş müraciəti yoxdur. Bizim üçün vacib olan vətəndaşın aldığı tibbi xidmətdən məmnunluqdur. Bölgələrdə bəzi tibb müəssisələrində stomatoloq ştatının ləğv olunması ilə bağlı xəbərdarlıq edilib. Bu proseslər qanunvericiliyə uyğun aparılır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az