Avtobus sürücüsü ictimai qaydanı kobud şəkildə pozdu - VİDEO

22:11 - 20 Noyabr 2025

Avtobus sürücüsü ictimai qaydanı kobud şəkildə pozdu - VİDEO

Sumqayıtın Saray qəsəbəsində küçədə yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar həmin əraziyə nəqliyyat vasitələrinin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, bu səbəbdən yol nəzarətçisi sürücüləri geri qaytararaq, alternativ istiqamətlərə yönləndirir.

Lakin "Hyundai" markalı avtobusun sürücüsü tətbiq edilən qaydalara məhəl qoymayıb. Halbuki əraziyə girişin müvəqqəti məhdudlaşdırılması barədə sürücülərə əvvəlcədən xəbərdarlıq edilib.

Hadisə şahidinin sözlərinə görə, sürücü yol nəzarətçisinin "dayan, gözlə" çağırışlarına məhəl qoymayaraq, "tələsirəm" deyib hərəkəti davam etdirib.

Zərərçəkən isə baş verənləri belə izah edib:

"Mən dedim ki, sağa çıx, irəlidə asfalt çəkilir. Amma o razılaşmadı, "keçəcəyəm" deyib üstümə sürdü. Mən də müqavimət göstərmək üçün avtobusun qarşısını kəsdim".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə Abşeron rayonunun Saray qəsəbəsində avtobus sürücüsünün ictimai qaydanı kobud şəkildə pozması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır. Hazırda sürücünün müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az