“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”

09:05 - 21 Noyabr 2025

“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”

“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”.


Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişdə tamştatlı müəllimlərin işlərinə nəzarət mexanizmləri, islahatların gətirəcəyi neqativ hallarla bağlı suala cavabında deyib.

“Digər iş yerlərində çalışanlar bu və ya digər formada tamştatlı işləyirlər. O müəssisələrdə niyə işdən yayınma halları baş vermir?! Çünki müəssisə rəhbəri buna nəzarət edir. Müvafiq yoxlamalarla bunu həmişə müəyyən etmək mümkündür.

Biz az saylardan başlayırıq, 2027-ci ildə pilot layihə kimi bir neçə min olacaq, 20 min tamştatlı müəllim sayına 2030-cu ildə çatmaq istəyirik. Həmin məktəblərdə nəzarət də pilot olmalıdır, müəllimin qiymətləndirilməsi də olmalıdır.

Sistem belə işləyəcək: müəllimin illik saat yükü müəyyən olunur, deyilir ki, sən tamştatlı müəllimsən, bu qədər saatda bu işi görəcəksən, dərs deyəcəksən, bundan başqa, sənin bu işlərin var. Onların şərti olaraq nəticələri göstərilir: summativ testlər hazırlamaq, valideynlərlə görüşlərin sayı rəsmiləşdirilir və ya tədbirlərin təşkili öhdəliyi qoyulur. Yəni nəzarət mexanizmləri mümkündür. Bunu risk kimi qiymətləndirmirəm”, - nazir bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az