Ölkədə şans oyunlarının mərkəzi “Azərlotereya”nın
“Sürətli Şans” kampaniyası yekunlaşıb. Azerlotereya.com və Misli.az
platformalarında keçirilmiş “Sürətli Şans” stimullaşdırıcı lotereyasının qalibləri
müəyyənləşib.
İki ay davam etmiş stimullaşdırıcı lotereyada ümumilikdə
2 nəfər super priz – “Toyota Corolla” avtomobilinə sahib çıxıb.
Qaliblərdən biri Cəlilabad sakini Səid Qabilov olub.
Bundan əlavə, lotereyada 80 nəfər 1 000, 16 nəfər
2 000, 8 nəfər isə 10 000 manat udub. Qazananlar sırasında Elsəvər
Xasıyev, Əli Mirzəyev, Zamiq Rzayev, Mehman Umarov, Orxan Əliyev, Pünhan Rəhimli,
Nəbi Hüseynov olub.
Qaliblər “Azərlotereya
TV” YouTube kanalında canlı yayım vasitəsilə təsadüfi seçimlə müəyyənləşib.